Dünya çempionatının finalçısı Bundesliqada

12.08.2026

Icma.az xəbər verir, futbolpress-az saytına əsaslanaraq.

Almaniyanın “Bayer” klubu heyətini yeni futbolçu ilə gücləndirib.

Futbolpress.az xəbər verir ki, Bundesliqa təmsilçisi “Marsel”dən Fakundo Medinanı transfer edib. 27 yaşlı müdafiəçi ilə 5 illik müqavilə imzalanıb.

Fakundo Argentina millisinin də üzvüdür. O, bu il baş tutan mundialda yığmanın formasını geyinib. “Tanqoçular” dünya çempionatını gümüş medalla bitirib.

Medina 2025-ci ildən “Marsel”də çıxış edirdi. O, komandada 26 oyunda meydana çıxıb.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью