Dünya çempionatının püşkatmasının vaxtı açıqlanıb İdman və Biz

12.11.2024

Idman.biz portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Gələn il keçiriləcək klublararası dünya çempionatının püşkatmasının keçiriləcəyi tarix bəlli olub.

İdman.biz xəbər verir ki, FİFA püşkatmanın dekabrın 5-də təşkil olunacağını açıqlayıb.

ABŞ-ın Mayami şəhərində keçiriləcək mərasimdə 32 komanda 8 qrupda yer alacaq. Final mərhələsinin oyunları gələn il iyunun 15-dən iyulun 13-nə kimi davam edəcək.

Qeyd edək ki, dünya çempionatına ABŞ-ın Nyu-Cersi, Şarlott, Sinsinnati, Los-Anceles, Mayami, Neçvill, Orlando, Filadelfiya, Sietl, Vaşinqton və Atlanta şəhərləri ev sahibliyi edəcək.

İdman.biz

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью