Dünya çempionatının səbətləri məyyənləşib

04.12.2024

Icma.az bildirir, sport24.az portalına istinadən.

Beynəlxalq Futbol Federasiyaları Assosiasiyasının (FİFA) 2025-ci ildə təşkil edəcəyi klublararası dünya çempionatının səbətləri bəlli olub. Sport24.az xəbər verir ki, püşkatma zamanı 32 klub 4 səbətdə yer alacaq.

Mərasim dekabrın 5-də Mayamidə təşkil olunacaq. Turnir 2025-ci ildə iyunun 15-dən iyulun 13-dək keçiriləcək.

Səbətlər:
1-ci səbət: "Mançester Siti" (İngiltərə), "Real" (İspaniya), "Bavariya" (Almaniya), PSJ (Fransa), "Flamenqo" (Braziliya), "Palmeyras" (Braziliya), "River Pleyt" (Argentina), "Fluminense" (Braziliya).

2-ci səbət: "Çelsi" (İngiltərə), "Borussiya" D (Almaniya), "İnter" (İtaliya), "Porto" (Portuqaliya), "Atletiko" (İspaniya), "Benfika" (Portuqaliya), "Yuventus (İtaliya), "Zalsburq" (Avstriya).

3-cü səbət: "Əl-Hilal" (Səudiyyə Ərəbistanı), "Ulsan" (Cənubi Koreya), "Əl-Əhli" (Misir), "Vidad" (Mərakeş), "Monterrey" (Meksika), "Leon" (Meksika), "Boka Xuniors" (Argentina), "Botafoqo" (Braziliya).

4-cü səbət: "Urava Red Diamonds" (Yaponiya), "Əl Ayn" (BƏƏ), "Esperance" (Tunis), "Mamelodi Sandaunz" (Cənubi Afrika), "Paçuka" (Meksika), "Sietl Saunders" (ABŞ), "Oklend Siti" (Yeni Zelandiya), "İnter Mayami" (ABŞ).

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью