Dünya çempionatının seçmə mərhələsi: Bu gün daha altı görüş keçiriləcək

07.06.2025

Oxu.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Bu gün dünya çempionatının seçmə mərhələsinin qrup görüşlərində birinci turun daha altı görüşü keçiriləcək.

Oxu.Az xəbər verir ki, ikinci oyun günündə G qrupunda mübarizə aparan Malta millisi Latviyanı, Finlandiya Niderlandı qəbul edəcək.

H qrupunda qərarlaşan Bosniya və Herseqovina San Marinonu, Avstriya isə Rumıniyanı qonaq edəcək.

K qrupunda Andorra İngiltərə ilə, Albaniya isə Serbiya ilə üz-üzə gələcək.

7 iyun

Dünya çempionatının seçmə mərhələsi

I tur

H qrupu

Saat 17:00, Bosniya və Herseqovina - San Marino;

Saat 22:45, Avstriya - Rumıniya;

G qrupu

Saat 20:00, Malta - Latviya;

Saat 22:45, Finlandiya - Niderland;

K qrupu

Saat 20:00, Andorra - İngiltərə;

Saat 22:45, Albaniya - Serbiya.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью