Dünya çempionatları BU ÖLKƏLƏRDƏ keçiriləcək

11.12.2024

Bizim media saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

FİFA 2030 və 2034-cü illərdə keçiriləcək dünya çempionatlarının yerlərini açıqlayıb. 
Bizim.Media xəbər verir ki, bu barədə qurumun mətbuat xidməti məlumat yayıb. 
Beləliklə, 2030-cu ildə keçiriləcək dünya çempionatı Mərakeş, Portuqaliya və İspaniya ölkələrini əhatə edəcək. Turnirin üç oyunu isə Uruqvay, Paraqvay və Argentinada keçiriləcək. 
DÇ-2034 isə Səudiyyə Ərəbistanda baş tutacaq. Ölkənin iqlim şəraitinə görə turnir həmin il qışda başlayacaq. 
Xatırladaq ki, 2026-cı ilin dünya çempionatı ABŞ, Kanada və Meksikada keçiriləcək. 
Bizim.Media

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью