Dünya çempionatları bu ölkələrdə keçiriləcək Rəsmi

11.12.2024

Icma.az, Qol.az portalına istinadən məlumat verir.

FİFA 2030 və 2034-cü illərdə keçiriləcək dünya çempionatlarının yerlərini açıqlayıb. 

QOL.az xəbər verir ki, bu barədə qurumun mətbuat xidməti məlumat yayıb. 

Beləliklə, 2030-cu ildə keçiriləcək dünya çempionatı Mərakeş, Portuqaliya və İspaniya ölkələrini əhatə edəcək. Daha üç oyun isə Uruqvay, Paraqvay və Argentinada keçiriləcək. 

DÇ-2034 isə Səudiyyə Ərəbistanda baş tutacaq. Ölkənin iqlim şəraitinə görə turnir həmin il qışda başlayacaq. 

Xatırladaq ki, 2026-cı ilin dünya çempionatı ABŞ, Kanada və Meksikada keçiriləcək. 

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью