Dünya çempionatları rekordunu təkrarladı

10.07.2026

Icma.az, Qol.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Dünya çempionatları rekordunu təkrarladı

Mərakeş millisinin qapıçısı Yasin Bunu DÇ-2026-nın 1/4 finalında Fransa ilə oyunda (0:2) tarixi göstəriciyə imza atıb.

QOL.az xəbər verir ki, 35 yaşlı qolkiper görüş zamanı Fransa millisinin hücumçusu Kilian Mbappenin penalti zərbəsini dəf edib.

Bu, Bunu üçün dünya çempionatları tarixində dördüncü penalti seyvi olub. Nəticədə o, mundiallarda ən çox penalti dəf edən qapıçılar siyahısına daxil olub.

Hazırda bu rekordu Harald Şumaxer (Almaniya), Serxio Qoykoeçea (Argentina), İker Kasilyas (İspaniya), Dominik Livakoviç və Daniyel Subaşiç (hər ikisi Xorvatiya) ilə birlikdə Yasin Bunu da bölüşür.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью