Dünya çempionatları tarixində ən çox qol vuran komanda oldular

14.06.2026

Icma.az xəbər verir, Qol.az saytına əsaslanaraq.

Dünya çempionatları tarixində ən çox qol vuran komanda oldular

Almaniya millisi dünya çempionatları tarixinə düşüb.

QOL.az xarici KİV-lərə istinadən xəbər verir ki, DÇ-2026-nın E qrupunun ilk turunda Kürasaonu 7:1 hesabı ilə məğlub edən Almaniya yığması yeni rekord müəyyənləşdirib.

Bu qarşılaşmadan sonra almanlar dünya çempionatlarının final mərhələlərində vurduqları qolların sayını 239-a çatdırıblar. Bununla da onlar uzun illər rekordun sahibi olan Braziliya millisini (238 qol) geridə qoyublar.

Beləliklə, Almaniya mundiallar tarixində ən çox qol vuran milli komanda olub.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью