Dünya çempionatları tarixində yeni tamaşaçı rekordu qeydə alınıb

26.06.2026

sport24.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

ABŞ, Meksika və Kanadada keçirilən mundialda yeni tamaşaçı rekordu qeydə alınıb. Sport24.az xəbər verir ki, bu barədə FİFA-nın rəsmi saytı məlumat yayıb.  

Rekord Almaniya və Ekvador arasında qrup mərhələsi matçında (1-2) qeydə alınıb. Bu qarşılaşma da daxil olmaqla geridə qalan oyunları stadionlardan 3.605.357 tamaşaçı izləyib.

Əvvəlki rekord 1994-cü ildə ABŞ-da keçirilən dünya çempionatında (3.587.538) qeydə alınıb.

Qeyd edək ki, DÇ-2026 iyulun 19-da başa çatacaq. Bu, 48 komandanın iştirak etdiyi ilk dünya çempionatı kimi tarixə düşüb. 

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью