Qol.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Belçika millisinin yarımmüdafiəçisi Yuri Tilemans dünya çempionatları tarixinə düşüb.
QOL.az xəbər verir ki, bu barədə "MisterChip" sosial şəbəkə hesabında məlumat yaılıb.
Tilmans DÇ-2026-nın 1/16 finalında Seneqala qarşı matçın (3:2) 120+5-ci dəqiqəsində penalti zərbəsini yerinə yetirib və fərqlənib. Qolun vurulduğu an 124-cü dəqiqə 43-cü saniyəyə təsadüf edb. Bu, dünya çempionatları tarixində vurulan ən gec qol kimi qeydə alınıb.
Əvvəlki rekordlar belə idi:
120 dəqiqə 49 saniyə - Abdelmalek Cabu (Əlcəzair) - 2014-cü ildə
120 dəqiqə 13 saniyə - Alessandro Del Pyero (İtaliya) - 2006-cı ildə
119 dəqiqə 51 saniyə - Ceffri Hörst (İngiltərə) - Almaniya (DÇ-1966-nın finalı);
119 dəqiqə 23 saniyə - Devid Platt (İngiltərə) - Belçika (1990).
Qeyd edək ki, Belçika millisi 1/8 finalda ABŞ-la qarşılaşacaq.