Dünya çempionatlarında yalnız 3 milli bunu bacarıb

30.06.2026

Icma.az bildirir, Qol.az portalına istinadən.

Dünya çempionatlarında yalnız 3 milli bunu bacarıb

Xorvatiya, Mərakeş və Paraqvay dünya çempionatları tarixində penaltilər seriyalarında 100 faizlik nəticə göstərən yeganə milli komandalar olub.

QOL.az xəbər verir ki, bu barədə "Opta" statistika portalı məlumat yayıb.

Belə ki, bu üç yığma mundiallarda birdən çox penaltilər seriyasında iştirak edib və onların hamısında qələbə qazanıb.

Siyahıya başçılıq edən Xorvatiya mundiallar tarixində keçirdiyi 4 penaltilər seriyasının hamısında meydanı qalib tərk edib:

DÇ-2018 (1/8 final): Danimarka - 3:2 DÇ-2018 (1/4 final): Rusiya - 4:3 DÇ-2022 (1/8 final): Yaponiya - 3:1 DÇ-2022 (1/4 final): Braziliya - 4:2

Mərakeş millisi indiyədək çıxdığı hər iki penalti seriyasında rəqiblərini üstələməyi bacarıb:

DÇ-2022 (1/8 final): İspaniya - 3:0 DÇ-2026 (1/16 final): Niderland - 3:2

Paraqvay da eyni şəkildə şans qazandığı hər iki penaltilər seriyasını öz xeyrinə başa vurub:

DÇ-2010 (1/8 final): Yaponiya - 5:3 DÇ-2026 (1/16 final): Almaniya - 4:3

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью