Dünya çempionatlarını qəbul edəcək ölkələr açıqlanıb

04.04.2025

Idman.biz portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Qadın futbolçular arasında DÇ-2031 və DÇ-2035-in ev sahibləri bəlli olub.

İdman.biz xəbər verir ki, bunu FİFA prezidenti Canni İnfantino açıqlayıb.

O bildirib ki, mundiala 2031-ci ildə ABŞ, 2035-ci ildə Böyük Britaniya ev sahibliyi edəcək. Hər iki turnir üçün yalnız bir namizəd olduğu və bununla bağlı müraciətlərin qəbul müddəti bitdiyi üçün ev sahibləri indidən bəllidir.

Qeyd edək ki, 2027-ci ildə qadınların dünya çempionatı Braziliyada keçiriləcək.

İdman.biz

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью