Dünya çempionları mövsümü Belçikada açacaqlar

04.03.2025

Icma.az, Idman.biz portalına istinadən məlumatı açıqlayır.

Azərbaycanın akrobatika komandası mövsümü Belçikada açacaq.

İdman.biz xəbər verir ki, martın 6-8-də Purs-Sint-Amandsda Dünya kubokunun ilk mərhələsi keçiriləcək.

Yarışda ikiqat dünya çempionları Ağasif Rəhimov - Raziyə Seyidli və Daniel Abbasov - Murad Rəfiyev cütlükləri, dünya çempionatının bürünc mükafatçıları Riad Səfərov, Abdulla Əl-Meşaihi, Rəsul Seyidli, Seymur Cəfərov, eləcə də Dünya yaş qrupları yarışlarının qalibləri Nəzrin Zeyniyeva, Anahita Bəşirli və Zöhrə Rəşidova çıxış edəcəklər.

İdman.biz

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью