Dünya çempionu 47 yaşında vəfat etdi

03.12.2024

Icma.az xəbər verir, Bakivaxti saytına əsaslanaraq.

Boks üzrə dünya çempionu, meksikalı İsrael Vaskes 47 yaşında vəfat edib.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Ümumdünya Boks Şurasının (WBC) prezidenti Maurisio Süleyman X sosial şəbəkəsində məlumat yayıb.

O, uzun sürən xərçəng xəstəliyindən sonra dünyasını dəyişib.

Qeyd edək ki, İ.Vaskes 2010-cu ildə peşəkar karyerasını başa vurub. Ümumilikdə karyerası ərzində 49 döyüş keçirən dəri əlcək ustası 32-si nokautla olmaqla 44 qələbə qazanıb.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью