Dünya çempionu 6 illik diskvalifikasiya edilib

13.04.2025

Icma.az, Cebheinfo portalına istinadən məlumatı açıqlayır.

Rusiya millisinin heyətində dünya çempionu olmuş güləşçi, 2021-ci ildən Serbiya yığmasında çıxış edən Xetaq Tsabolov 6 il müddətinə diskvalifikasiya edilib.

Buna idmançının antidopinq qaydalarını pozması səbəb olub.

Güləşçi Ümumdünya Antidopinq Məcəlləsinin 2.5-ci maddəsinə əsasən dopinq-testdən yayınma, imtina və ya gəlməmə səbəbi ilə idmandan kənarlaşdırılıb.

Qeyd edək ki, X.Tsabolov Rusiya yığmasının heyətində 2014-cü ildə dünya çempionu adını qazanıb. O, həmçinin 2017-ci ildə dünya çempionatının gümüş medalını qazanıb. Güləşçi Serbiya yığmasının heyətində 2023-cü ildə Avropa çempionatının bürünc mükafatçısı olub.

"Cebheinfo.az"

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью