Dünya çempionu “Ayntraxt Frankfurt”la müqaviləsini uzadacaq

23.03.2026

Icma.az, Idman.biz saytına istinadən bildirir.

Yarımmüdafiəçi Mario Getze tezliklə “Ayntraxt Frankfurt”la müqaviləsini uzadacaq.

İdman.Biz-in xəbərinə görə, bu barədə jurnalist Florian Plettenberq sosial mediada məlumat verib.

Mənbənin məlumatına görə, oyunçu klubla 2027-ci ilin yayına qədər davam edəcək əmək müqaviləsini razılaşdırıb. Tərəflər artıq şifahi razılığa gəliblər və razılaşma yaxın günlərdə rəsmi olaraq açıqlanacaq.

Bu mövsüm Mario Getze klubun heyətində bütün yarışlarda 26 oyun keçirib və iki məhsuldar ötürmə edib. Onun komanda ilə hazırkı müqaviləsi 2026-cı ilin iyun ayına qədərdir.

İdman.Biz
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью