Dünya çempionu Barselona nı PSJ yə dəyişib

14.08.2026

Icma.az bildirir, Azertag portalına istinadən.

Bakı, 13 avqust, AZƏRTAC

İspaniya milli komandasının futbolçusu Ferran Torres "Barselona"dan Fransanın PSJ klubuna transfer olub.

AZƏRTAC xəbər verir ki, bu barədə tanınmış insayder Fabritsio Romano məlumat yayıb.

Onun sözlərinə görə, Paris təmsilçisi bu keçid üçün Kataloniya klubuna 50 milyon avro məbləğində təzminat ödəyəcək.

Qeyd edək ki, Ferran Torres bu yay İspaniya millisinin heyətində dünya çempionu olub. Final matçında məhz onun vurduğu qol komandasına Argentina üzərində qələbə qazandırıb.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью