525.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
2012-ci ildə hokkey üzrə Rusiya millisinin heyətində dünya çempionu olmuş Yevgeni Ryasenski bütün mükafatlarını satıb.
525.az Rusiya mətbuatına istinadən xəbər verir ki, buna səbəb onun müflis olmasıdır.
Kazanda istirahət mərkəzi açan Ryasenski həm də həyat yoldaşının biznesinə kömək edirmiş. Hər iki sahədə işlər alınmayıb və onun təkcə dövlətə 3,27 milyon rubl (təxmini 66 min manat) borcu yaranıb. Buna görə o, ölkəni tərk edə bilmir. Vəziyyətdən çıxış yolu kimi dünya çempionu əvvəl mundialda qazandığı qızıl medalı 6 milyon rubla (təxmini 121 min manat) satıb. Daha sonra digər mükafatlarını "əridib".
Qeyd edək ki, Yevgeni Ryasenski karyerası ərzində Rusiyanın ÇSKA, SKA, "Ak Bars" və "Nefteximik" komandalarında oynayıb, 2020-ci ildə karyerasını bitirib.
L.Tağıyeva