Dünya çempionu daha iki il “Ayntraxt”da RƏSMİ

01.04.2026

Icma.az bildirir, Apasport saytına əsaslanaraq.

"Ayntraxt"da yeni müqavilə qeydə alınıb.

Apasport.az xəbər verir ki, Bundesliqa təmsilçisi Mario Götzenin sözləşməsinin müddətini uzadıb.

Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Razılaşmaya əsasən, 33 yaşlı yarımmüdafiəçi 2028-ci ilin yayına qədər bu komandanın uğurları üçün çalışacaq.

Qeyd edək ki, "Ayntraxt" Mario Götzeni 2022-ci ilin yayında PSV-dən 3 milyon avroya transfer edib. Almaniya millisi ilə 2014-cü ildə dünya çempionu olmuş təcrübəli oyunçu bu mövsüm Bundesliqa təmsilçisinin heyətində meydana çıxdığı 26 rəsmi matçda 2 qol ötürməsi edib.

Mane yenidən Avropaya qayıdır Pikfordun seriyası qırıldı “Qalatasaray”ın futbolçusu “Anderlext”in hədəfində Kukurelya La Liqa yolunda Türkiyə DÇ-2026-da - 24 il sonra - YENİLƏNİB
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью