Dünya çempionu Detroytda İdman və Biz

26.12.2024

Icma.az, Idman.biz portalına istinadən məlumatı açıqlayır.

NHL təmsilçisi "Detroyt Red Uinqz" yeni baş məşqçisinin adını açıqlayıb.

İdman.biz xəbər verir ki, komandaya Todd Maklellan rəhbərlik edəcək.

O, bir neçə gün əvvəl istefaya göndərilən Derek Lalondu əvəz edib. "San-Xose Şarks", "Edmonton Oylerz", "Los-Anceles Kinqz" kimi klublara başçılıq edən Malellan 2015-ci ildə Kanada yığmasında dünya çempionu titulunu qazanıb.

Qeyd edək ki, "Detroyt" 34 oyundan sonra 30 xalla Şərq Konfransında 15-ci pillədə qərarlaşıb.

İdman.biz

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью