Icma.az, Idman.biz portalına istinadən məlumatı açıqlayır.
Azərbaycanın yunan-Roma güləşi millisinin üzvü, dünya və Avropa çempionu Ülvü Qənizadə əməliyyat edilib.
İdman.Biz xəbər verir ki, bu barədə Azərbaycan Güləş Federasiyası (AGF) məlumat yayıb.
Bildirilib ki, çiyin nahiyəsindən uğurlu əməliyyat keçirən güləşçi 1 ay sonra fərdi, 3 ay sonra isə kollektiv məşqlərə qoşula biləcək.
Ü.Qənizadə 4-6 aydan sonra yarışlarda iştirak edə biləcək.