Dünya çempionu əməliyyat olunacaq

23.03.2025

Footbal-plus saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Paulo Dibalanın Argentina yığmasına qarşıdakı oyunlarda kömək edə bilməyəcəyini xəbər vermişdik.
Dünya çempionu “Roma”nın A seriyasında “Kalyari”yə qarşı son oyununda (1:0) zədə almışdı. Paulo sol ayaq əzələsinin xəsarət almasına görə əməliyyat olunacaq. Hələ ki, 31 yaşlı Dibalanın əməliyyatdan sonra sıraya nə vaxt dönəcəyi haqda məlumat verilmir.
O, bu mövsüm İtaliya çempionatında 24 oyuna 6 qol vurub.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью