Dünya çempionu evinin qarşısında öldürüldü

22.08.2026

Icma.az, Axar.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Boks üzrə keçmiş dünya çempionu Zolani Tete Cənubi Afrikanın Mdantsane şəhərində, evinin qarşısında güllələnərək öldürülüb.

Axar.az xəbər verir ki, bu barədə SABC radiostansiyası məlumat yayıb.

Bildirilib ki, Zolani Tete məşqdən qayıdarkən evinin qarşısında maşını saxlayıb və darvazanın açılmasını gözləyib. Elə bu an iki silahlı kişi maşına tərəf qaçıb və atəş açıb. 38 yaşlı boksçu hadisə yerində ölüb, maşında olan qadın isə çoxsaylı güllə yaraları alıb. Hazırda o, xəstəxanadadır və vəziyyəti ağırdır.

Xatırladaq ki, 2014-15-ci illərdə Zolani Tete IBF versiyası üzrə ikinci yüngül çəki dərəcəsində dünya çempionu olub. O, 2017-ci ildən 2019-cu ilə qədər WBO versiyası üzrə yüngül çəki dərəcəsində dünya çempionu tituluna sahib olub. Tete titul döyüşündə ən sürətli nokaut üzrə Ginnes rekorduna sahibdir - 11 saniyə (2017-ci ildə WBO titulunu qoruyarkən Siboniso Qonyiyə qarşı). 2022-ci ildə Ceyson Kanningem üzərində qələbədən sonra Tete dopinq testindən keçə bilməyib və 2026-cı ilin iyul ayının sonuna qədər dörd il müddətinə diskvalifikasiya edilib. Son aylarda Tete rinqə qayıtmağa hazırlaşırdı.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью