Dünya çempionu hələ də işsizdi

15.02.2025

Icma.az, Footbal-plus portalına istinadən məlumatı açıqlayır.

Pol Poqba hələ də özünə yeni klub tapa bilməyib.
“Fiorentina” rəhbərliyi Fransa millisinin sabiq yarımmüdafiəçisi ilə bağlı fikrini dəyişib. Bu barədə “Corriere dello Sport” məlumat yayıb. “Fiorentina” 31 yaşlı futbolçu ilə yaxından maraqlanırdı. Tərəflər bir neçə görüş keçirmişdilər. Lakin sonda klub rəhbərliyi dünya çempionunun fiziki hazırlığına şübhə etdiyi üçün onunla müqavilə imzalamaq istəməyib.
Qeyd edək ki, dopinqdən istifadə etdiyi üçün uzun müddət oynamayan Poqba hazırda azad agent statusuna malikdi. O, bu statusu sonuncu klubu “Yuventus” ilə müqaviləsi pozulandan sonra qazanıb.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью