Lent az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Dünya çempionu kişi jurnalı üçün sinəsini konki ilə örtüb poza verib.
Hollandiyalı konkisürən Yoy Bene “Playboy” jurnalının üz qabığına çıxıb.
Lent.az-ın xarici mediaya istinadən məlumatına görə, 5000 metr məsafədə hakim dünya çempionu Hollandiya kişi jurnalının dekabr buraxılışı üçün çılpaq pozalar verib.
25 yaşlı idmançı fotolardan birində sinəsini konki ilə örtüb.
Bene, bədəni ilə fəxr etdiyi üçün səmimi fotosessiya etmək qərarına gəldiyini, həmçinin konkisürməni bu şəkildə populyarlaşdırmaq istədiyini izah edib.
“Mən indi sahib olduğum bədənlə inanılmaz dərəcədə fəxr edirəm. Bunun üçün çox çalışıram.
Karyeram bitdikdən sonra eyni görünəcəyimə söz verə bilmərəm. Bunun üçün çox çalışmaq istəyirəm, amma heç vaxt bilmirsən nə olacaq.