Dünya çempionu “Mançester Yunayted”ə “yox” dedi

07.11.2026

Icma.az bildirir, futbolpress-az portalına istinadən.

Fransa millisinin sabiq baş məşqçisi Didye Deşam “Mançester Yunayted”dən təklif alıb.

Futbolpress.az xəbər verir ki, bu barədə İngiltərə mətbuatı məlumat yayıb. “Qırmızı şeytanlar”ın nümayəndələri hazırki çalışdırıcı Mayk Kerrikin ayrılıq ehtimalına qarşı Deşamla əlaqə saxlayıb.

Fransalı mütəxəssis klubda işləmək istəmədiyini və bu səbəbdən təklifdən imtina etdiyini bildirib.

Deşamın sonuncu klubu 2012-ci ildə ayrıldığı “Marsel” olub. O, həmin vaxtdan 2026-cı ilin yayına qədər Fransa millisinə rəhbərlik edib. Yığma onun başçılığı altında 2018-ci ildə dünya çempionatını qazanıb.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью