Dünya çempionu meydanı tərk etdi

16.09.2025

Icma.az, Footbal-plus portalına istinadən məlumatı açıqlayır.

Samuel Yumtiti peşəkar futbolçu həyatı ilə bağlı vacib qərar verib. O, karyerasını başa vurub.

“Lill”dən ayrılan müdafiəçi bu addımı məcburiyyətdən atıb.
31 yaşlı müdafiəçi bu barədə özü açıqlama verib. Samuel zədələrə görə karyerasına son verməli olub. “Lion”un yetirməsi olan futbolçu bu klubun əsas komandasında 2012-16-cı illərdə çıxış edib. Sonra “Barselona” (2016-22) və “Leççe”nin (2022-23) də formasını geyib. “Lill”də 2023-cü ildən oynayan Yumtiti Fransa yığmasındı 31 oyuna 4 qol vurub.
Onun milli komanda ilə 2018-ci ildə Rusiyada keçirilən dünya çempionatının qalibi olduğunu xüsusi vurğulayaq.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью