Qol.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.
"Çelsi"nin (İngiltərə) klublararası dünya çempionatının qalibi olduğu üçün qazandığı mükafatın məbləği müəyyənləşib.
QOL.az xəbər verir ki, bu barədə "Forbes" məlumat yayıb.
İngiltərə təmsilçisi ötən gecə həlledici matçda Fransa PSJ-sini 3 cavabsız qolla məğlub edib. Nəticədə London klubu 115,625 milyon dollar qazanıb. 2-ci yeri tutan PSJ isə 75,625 milyon dollar gəlir əldə edib.
Xatırladaq ki, klublararası dünya çempionatının mükafat fondu 1 milyard dollar idi. 32 komandanın mübarizə apardığı turnir iyunun 15-dən iyulun 13-dək ABŞ-da keçirilib.