Dünya çempionu olan futbolçu öldü

21.11.2025

Icma.az bildirir, Lent az portalına istinadən.

Almaniya millisinin tərkibində dünya çempionu olmuş keçmiş futbolçu Diter Hersoq 79 yaşında ölüb.

Lent.az xəbər verir ki, keçmiş futbolçunun ölüm səbəbi bilinmir.

Hersoq yarımmüdafiəçi mövqeyində oynayırdı. Onun karyerasında “Bottrop”, “Hamborn 07”, “Fortuna” və “Bayer” klubları yer alıb. O, millinin tərkibində beş oyun keçirib və 1974-cü ildə dünya çempionu olub. Həmin turnirdə o, iki dəfə meydana çıxıb.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью