Dünya çempionu olmuş müdafiəçi karyerasını başa vurur RƏSMİ

04.04.2025

Icma.az bildirir, Sportal.az saytına əsaslanaraq.

"Roma"nın müdafiəçisi Mats Hummels karyerası ilə bağlı yekun qərarını verib.

Sportal.az xəbər verir ki, alman futbolçu mövsümün sonunda peşəkar karyerasını başa vuracaq. 36 yaşlı mərkəz müdafiəçisi bununla bağlı sosial şəbəkə hesabında paylaşım edib.

Hummelsin İtaliya klubu ilə müqaviləsi mövsümün sonunda başa çatır. "Roma" onun sonuncu klubu olacaq.

Mats Hummels mövsümün əvvəlində azad agent statusu ilə "Roma"ya keçmişdi. Təcrübəli oyunçu A Seriyası təmsilçisinin heyətində meydana çıxdığı 18 rəsmi matçda 1 qol vurub.

Almaniya milli komandası ilə 2014-cü ildə dünya çempionu olmuş Hummels "Bavariya" və "Borussiya"da da çıxış edib.

saytlarin hazirlanmasi
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью