Dünya çempionu “qoca sinyora”nın hədəfində

09.06.2026

futbolpress-az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

“Aston Villa”nın qapıçısı Emiliano Martines karyerasını İtaliyada davam etdirə bilər.

Futbolpress.az xəbər verir ki, “Yuventus” argentinalı qolkiperin xidmətində maraqlıdır. Bu barədə insayder Fabrizio Romano məlumat yayıb. Martines “qoca sinyora”nın transferdə əsas hədəfidir. Klublar arasında yaxın zamanda danışıqlar başlayacaq.

Emiliano 2022-ci ildə Argentina millisinin heyətində dünya çempionu olub. O, başa çatan mövsümdə “Aston Villa” ilə Avropa Liqasını qazanıb.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью