Dünya çempionu üçün 40 milyonluq hazırlıq

08.08.2026

futbolpress-az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

“Atletiko” heyətini yeni müdafiəçi ilə gücləndirmək istəyir.

Futbolpress.az xəbər verir ki, Madrid təmsilçisi “Tottenhem”dən Kristian Romeronu transfer etmək niyyətindədir. Bu barədə İspaniya mətbuatı məlumat yayıb. “Atletiko” argentinalı müdafiəçi üçün 40 milyon avro təklif etməyə hazırlaşır.

Romero Argentina millisinin də üzvüdür. O, komanda ilə DÇ-2022-də qızıl, DÇ-2026-da isə gümüş medal qazanıb.

28 yaşlı futbolçu 2022-ci ildən “Tottenhem”in formasını geyinir. O, London klubunda 101 oyunda 10 qol vurub.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью