Dünya çempionu vəfat etdi

27.04.2025

News24 saytından alınan məlumata görə, Icma.az bildirir.

“Roma”, “İnter” və Braziliya millisinin sabiq futbolçusu Jair Da Kosta dünyasını dəyişib.

News24.az publika.az-a istinadla xəbər verir ki, bu barədə Roma klubunun mətbuat xidməti məlumat yayıb.

Forvard 1967/68 mövsümündə “canavarlar”da çıxış edib və bundan əvvəl o, 5 il “İnter”in formasını geyinib.

Da Kosta həmçinin Çilidə keçirilən Dünya Kubokunda bir oyun keçirərək çempion olub.

Jair karyerasını 1976-cı ildə başa vurub və o vaxtdan bəri çox nadir hallarda ictimaiyyət qarşısına çıxıb, sakit ailə həyatına üstünlük verib.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью