Dünya çempionu vəfat etdi

05.05.2025

Unikal.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Azərbaycan yunan-Roma güləşi məktəbinin yetirməsi olan Viktor Avdışev dünyasını dəyişib.

"Unikal" xəbər verir ki, o, 69 yaşında ürək çatışmazlığından vəfat edib.

Qeyd edək ki, 1956-cı ildə Göygöldə dünyaya gələn Viktor Avdışev gənclər arasında Avropa çempionu (1976), böyüklər arasında dünya çempionatının 2 qat (1978, 1983) və Avropa çempionatının (1983) bürünc medalçısı, SSRİ çempionu (1978) və SSRİ xalqları Spartakiadasının qalibi (1979) olub.


Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью