Dünya çempionuna 3 illik cəza

18.12.2024

Modern.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Beynəlxalq Dopinq-Test Agentliyi (ITA) Qazaxıstanın MMA döyüşçüsü Rəsul Xatayevi cəzalandırıb.

Modern.az qurumun rəsmi saytına istinadən xəbər verir ki, o, antidopinq qaydalarını pozduğuna görə 3 il müddətinə diskvalifikasiya edilib. İdmançının qanında drostanolon və klomifen maddələri aşkarlanıb. Döyüşçünün cəzasının müddəti 2024-cü il oktyabrın 16-dan etibarən hesablanmağa başlayıb.

Qeyd edək ki, Rəsul Xatayev dünya və Asiya çempionudur.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью