Dünya çempionuna ağır cəza: 6 il müddətinə...

13.04.2025

GlobalInfo saytından alınan məlumata görə, Icma.az bildirir.

Rusiya millisinin heyətində dünya çempionu olmuş güləşçi, 2021-ci ildən Serbiya yığmasında çıxış edən Xetaq Tsabolov 6 il müddətinə diskvalifikasiya edilib.

Globalinfo.az xəbər verir ki, buna səbəb idmançının antidopinq qaydalarını pozması olub.

“Tsabolov Ümumdünya Antidopinq Məcəlləsinin 2.5-ci maddəsinə əsasən dopinq-testdən yayınma, imtina və ya gəlməmə səbəbi ilə idmandan kənarlaşdırılıb”, – deyə bildirilib.

Qeyd edək ki, X.Tsabolov Rusiya yığmasının heyətində 2014-cü ildə dünya çempionu olub.

Əliyar Xəlil
Globalinfo.az

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью