Dünya çempionundan vida açıqlaması İdman və Biz

19.12.2024

Icma.az xəbər verir, Idman.biz saytına əsaslanaraq.

"Aston Villa"nın qapıçısı Emiliano Martines gələcək karyerası ilə bağlı suala cavab verib.

İdman.biz xəbər verir ki, argentinalı qolkiper DÇ-2026-dan sonra bunun reallaşa biləcəyini deyib.

32 yaşlı Emiliano bildirib ki, dünya çempionatında titulu qoruyacaqları təqdirdə təqaudə çıxacaq: "Əgər Argentina yığması ilə ardıcıl ikinci dəfə dünya çempionu olsam təqaüdə çıxacam. Sizə söz verirəm".

Qeyd edək ki, Martines Qətərdə keçirilən DÇ-2022-də Argentina yığmasının qapıçısı olub. O, Fransa ilə final matçında iki penalti dəfə edərək, komandasının dünya çempionatında uğur qazanmasında böyük rol oynayıb.

İdman.biz

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью