Dünya çempionundan “yaşıl işıq”

29.08.2026

futbolpress-az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

“Çelsi”nin futbolçusu Enzo Fernandes karyerasını “Mançester Siti”də davam etdirməyə yaxındır.

Futbolpress.az xəbər verir ki, argentinalı yarımmüdafiəçi “şəhərlilər”lə şifahi razılığa gəlib. Bu barədə insayder Fabrizio Romano məlumat yayıb.

“Mançester Siti” “Çelsi” ilə danışıqları da yekunlaşdırmaq üzrədir. Keçidin təxminən 90-100 milyon avro arasında həll olunacağı gözlənilir.

Fernandes Argentina millisinin də üzvüdür. O, 2018-ci ildə yığma ilə dünya çempionu olub.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью