Dünya çempionunun avtomobili 3 saat palçıqda qaldı

29.07.2026

Icma.az bildirir, Sherg.az portalına istinadən.

Argentina millisinin qapıçısı Emiliano Martines gözlənilməz hadisə ilə üzləşib.

Teleqraf xəbər verir ki, dünya çempionunun idarə etdiyi yolsuzluq avtomobili Syerra-de-los-Padres bölgəsində yağışın yuyub yararsız hala saldığı yolda palçığa ilişib.

Martines avtomobili təkbaşına çıxara bilməyib. Onun köməyinə yerli sakinlər gəlib və avtomobilin çıxarılması təxminən üç saat çəkib.

Hadisədən sonra 32 yaşlı qolkiper ona kömək edən hər kəsə təşəkkür edib, yerli sakinlər üçün bir neçə forma və poster imzalayaraq avtoqraf paylayıb.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью