Dünya çempionunun həsrəti sona çatdı

24.11.2025

Footbal-plus portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Nəhayət, Pol Poqbanın yaşıl meydana həsrəti sona çatıb.
"Football-plus.az" xəbər verir ki, “Monako”nun yarımmüdafiəçisi Fransa çempionatının “Renn” ilə matçında (1:4) iştirak edib. Bununla da fransalı dünya çempionu 2023-cü ildən sonra ilk dəfə rəsmi oyunda meydana çıxıb.
Xatırladaq ki, Pol 2024-cü ilin fevralında orqanizmində dopinq tapıldığı üçün 4 illik cəzaya məruz qalıb. İdman Arbitraj Məhkəməsi oktyabrda cəzanın müddətini 18 aya endirib. İyunda “Monako” ilə müqavilə bağlayan Poqba sonuncu dəfə rəsmi oyunda “Yuventus”un heyətində İtaliya çempionatı matçında meydana çıxmışdı.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью