Dünya çempionunun problemi nə imiş?

30.07.2025

Icma.az, Footbal-plus portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Kilian Mbappenin mədə xəstəliyinin səbəbinə aydınlıq gəlib.
“Ekip” qəzetinin məlumatına görə, 26 yaşlı hücumçu qida zəhərlənməsi problemi ilə üzləşib. Mbappe iyun ayının sonlarında qastroenterit səbəbindən ABŞ-də keçirilən Klublararası Dünya Çempionatının qrup mərhələsində oynaya bilməyib. Dünya çempionu ABŞ-də xəstəxanaya yerləşdirilib və 1 gün sonra evə buraxılıb.
Testlər Kilianın xəstələnməsinə toyuq ətindəki bakteriyaların səbəb olduğunu aşkar edib. Ulduz futbolçu xəstəlik zamanı 6 kiloqram arıqlayıb.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью