Dünya Cüdo çempionatı sona çatır

10.10.2026

Icma.az, Xalq qazeti portalına istinadən məlumatı açıqlayır.

Azərbaycan millisinin üzvü Zelim Kotsoyev Bakıda keçirilən cüdo üzrə böyüklər arasında Dünya çempionatında tatamiyə çıxıb.

“Paris-2024” Yay Olimpiya Oyunlarının qalibi və 2024-cü ilin Dünya çempionu olan Kotsoyev 100 kiloqram çəki dərəcəsində mübarizə aparıb.

Yarışa 1/32 final mərhələsindən başlayan idmançı bu raundda Türkmənistan təmsilçisi Baymırat Majanovu, 1/16 finalda isə slovakiyalı Benyamin Mataseyi ipponla məğlub edib. İdmançı 1/8 finalda Rusiya təmsilçisi Arman Adamyana uduzaraq turnirlə vidalaşıb.

Qeyd edək ki, Milli Gimnastika Arenasında təşkil olunan mundial oktyabrın 11-də başa çatacaq. Daha əvvəl Azərbaycan təmsilçilərindən Əhməd Yusifov (60 kq) qızıl, Zelim Tçkayev (81 kq) gümüş, Rəşid Məmmədəliyev (73 kq), Ömər Rəcəbli (81 kq) və Murad Fətiyev (90 kq) bürünc medal qazanıblar.

Qabil YUSİFOĞLU
XQ

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью