Dünya dəyişir, insan dəyişir, münasibətlər dəyişir... Uşaqlıqdan başlayan, illərlə formalaşan qorxular dəyişmir

22.10.2025

Bizimyol portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Dünya dəyişir. Texnologiya, insanlar, dəyərlər, münasibətlər, hər şey çevrilir. Amma bu dəyişimin ortasında bir şey sabit qalır. Bizim qorxularımız. Onlar uşaqlıqdan başlayır, illərlə formalaşır və bəzən bütün həyatımızı idarə edir. Biz böyüyürük, amma qorxular da bizimlə böyüyür.

Ən qəribə qorxulardan biridir. İnsan bəzən uğura yaxınlaşanda geri çəkilir, çünki o zirvədə nə gözlədiyini bilmir. Uğur məsuliyyət, diqqət və bəzən tənhalıq gətirir. Bu səbəbdən bir çoxları “uğursuz qalmaqla” özünü təhlükəsiz hiss edir. Çünki tanış ağrı, naməlum xoşbəxtlikdən daha rahatdır.

İnsan dəyişmək istədiyini deyir, amma dəyişəndə nə olacağını bilmir. Köhnə vərdişlər, tanış çevrə, hətta sevmədiyimiz həyat belə bizə “təhlükəsiz zona” kimi görünür. Ona görə də çoxları həyatını dəyişmək əvəzinə, dilində dəyişiklikdən danışır, amma əməldə eyni yerdə qalır.

Zaman elə bir dövrdür ki, hər kəs hər kəsə fikir bildirir. Kiminsə fikri, baxışı, seçimi dərhal mühakimə olunur. Bu mühitdə insanlar artıq öz istəklərinə yox, başqalarının gözləntilərinə uyğun yaşayır. Bəziləri tənqid olunmamaq üçün susur, bəziləri isə özünü gizlədir. Amma susduqca, ruh da boğulur.

Əslində tək qalmaq bəzən şəfa verir. Amma insanlar sükutdan, öz düşüncəsiylə üz-üzə qalmaqdan qorxur. Ona görə daim səs, xəbər, sosial media lazımdır. Halbuki, ən vacib dönüş nöqtələri insan tək qalanda baş verir.

Biz yeni başlanğıclar istəyirik, amma köhnə qorxularla yeni yol getmək mümkün deyil. Qorxular bizə “özünü qoru” deyir, amma bəzən məhz qorunmaqla özünü itirirsən. O zaman ki, qorxunu görüb onun içindən keçirik. Qorxmaq normaldır, amma o qorxuya təslim olmaq, həyatın səsini susdurmaq deməkdir.

Dünya dəyişir, insan dəyişir, münasibətlər dəyişir... Amma içimizdəki o səs “ya alınmasa?” deyən qorxu hələ də oradadır. Əsl cəsarət isə qorxusuz olmaq deyil, qorxularına baxa-baxa irəliləməkdir.

Leyla Mirzə, Bizimyol.info

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью