Dünya dini liderlərinin COP29la bağlı müraciəti qəbul edildi | Icma.az
Moderator.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Dini Liderlərin Qlobal Sammitinin iştirakçıları BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) Bakı iştirakçılarına müraciət ünvanlayıb.
Moderator.az xəbər verir ki, müraciətdə deyilir: "Biz, COP 29 çərçivəsində 2024-cü ilin 5-6 noyabr tarixlərində Bakı şəhərində “Dünya Dinləri Yaşıl Planet uğrunda” şüarı altında keçirilən Dini Liderlərin Qlobal Sammitinin iştirakçıları BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP 29) Təşkilat Komitəsini və zirvə iştirakçılarını səmimiyyətlə salamlayır, xeyir-dualarımızı yetirir, ali tədbirin işinə Uca Yaradandan uğurlar diləyirik.
Dini Liderlərin Qlobal Sammitinə Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri İlham Əliyev cənablarının himayədarlığı, özəl diqqəti və iştirakçılara dərin məzmunlu müraciəti tədbirimizə verilən böyük dəyərdir.
COP 29 Bakı Zirvəsini Azərbaycan xalqının və dövlətinin böyük uğuru kimi qiymətləndirir, 2024-cü ilin Prezident İlham Əliyev cənabları tərəfindən Azərbaycanda “Yaşıl dünya naminə həmrəylik ili” elan edilməsini planetin gələcəyi naminə insan həmrəyliyinə xidmət edən dəyərli qlobal təşəbbüs kimi alqışlayırıq.
Azərbaycanın ətraf mühitin qorunmasına verdiyi önəmi, bu istiqamətdə səmərəli addımlarını təqdir edir, Yer üzündə ilahi düzənin bərpası yönündə əhəmiyyətli fəaliyyət kimi dəyərləndiririk.
Biz, dini liderlər əminik ki, insanın mənəvi baxımdan islahına, mənən sağlamlaşdırılmasına böyük ehtiyac vardır.
İnsanların qəlblərində təbiətə, bütün yaradılmışlara hörmət, qayğı hissini aşılamadan, ətraf mühitin toxunulmazlığı, müqəddəsliyi fikrini təlqin etmədən bu sahədə uğur qazanmaq çox çətindir.
Tam oxu
Xəbəri oxu