Dünya Dini Liderlərinin Qlobal Bakı Sammitinin iştirakçılarının Qarabağa səfəri başlayıb

07.11.2024

Yeniazerbaycan portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası çərçivəsində “Dünya dinləri yaşıl planet uğrunda” şüarı altında keçirilən Dünya Dini Liderlərinin Qlobal Bakı Sammitinin iştirakçılarının Qarabağa səfəri başlayıb.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, nümayəndə heyəti təyyarə ilə Füzuli Beynəlxalq Hava Limanına gəlib.

Səfər çərçivəsində qonaqlar Ağdam və Şuşanın mədəni-mənəvi, tarixi irsi ilə tanış olacaqlar.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью