Icma.az, Sherg.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Tramp Çinlə müqayisədə Hindistanla tərəfdaşlığın gücləndirilməsinə üstünlük verəcək"Hər dövlətin Trampdan özəl gözləntisi var".Bu barədə "Sherg.az"a “Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu deyib.
Ekspert bildirib ki, Donald Trampın ABŞ-ın Prezident seçilməsi müxtəlif ölkələrdə eyni sualın aktuallığını artırıb: “Ağ Evin yeni sahibinin xarici siyasəti necə olacaq, o hansı ölkə ilə əməkdaşlığa üstünlük verəcək?” Tramp hələ ki, təbrikləri qəbul etməkdədir.
Onun andiçmə mərasimi gələn ilin yanvarın 20-də keçiriləcək. Tramp bu tarixə qədər komandasını formalaşdırmağa çalışacaq.
Donald Trampın dövlət katibi və təhlükəsizlik məsələləri üzrə müşavir vəzifəsinə kimləri təyin edəcəyi də müzakirə predmetidir.
Çünki məhz dövlət katibi və təhlükəsizlik məsələləri üzrə müşavir Trampın xarici və təhlükəsizlik siyasətini müəyyənləşdirəcəklər.
Trampın bu iki vəzifəyə Respublikaçılar Partiyasının Konqresdəki üzvlərindən təyin edəcəyi ehtimal olunur".E.Şahinoğlu vurğulayıb ki, Donald Trampı ABŞ-ın mübarizə apardığı iki əsas dövlətin – Rusiya və Çinin liderləri də təbrik edib: "Rusiya Prezidenti Vladimir Putin ümid edir ki, Donald Tramp Ukraynaya hərbi və maliyyə yardımını ya azaldacaq, ya da tamamilə dayandıracaq.
Çin lideri Si Cinpin isə ümid edir ki, Donald Tramp Ağ Evə qayıtdıqdan sonra Çinə qarşı sərt iqtisadi siyasətdən imtina edəcək.