Moderator.az saytından alınan məlumata görə, Icma.az bildirir.
Müharibə, pandemiya və iqlim dəyişikliyi kimi qlobal təhlükələr fonunda bəzi ölkələr mümkün fəlakətlər zamanı yaşamaq üçün daha əlverişli hesab olunur. Süni intellekt bu baxımdan beş ölkəni fərqləndirib.
Moderator.az "Unilad" portalına istinadən xəbər verir ki, qiymətləndirmədə ölkələrin coğrafi mövqeyi, su və ərzaq ehtiyatları, enerji müstəqilliyi, səhiyyə və mülki müdafiə imkanları nəzərə alınıb.
Siyahıya Yeni Zelandiya, İslandiya, İsveçrə, Norveç və Finlandiya daxil edilib.
Yeni Zelandiya coğrafi təcrid olunması, inkişaf etmiş kənd təsərrüfatı və zəngin təmiz su ehtiyatları ilə seçilir.
İslandiya şirin su ehtiyatları və enerji müstəqilliyi ilə diqqət çəkir. Ölkə elektrik enerjisini əsasən geotermal və su elektrik stansiyalarından əldə edir.
İsveçrə inkişaf etmiş mülki müdafiə sistemi, iqtisadi sabitliyi və geniş sığınacaq şəbəkəsi ilə fərqlənir. Ölkədə yüz minlərlə insanı yerləşdirmək üçün nəzərdə tutulmuş dövlət və özəl sığınacaqlar mövcuddur.
Norveç zəngin şirin su ehtiyatları, bərpa olunan enerji mənbələri və dəniz məhsulları hesabına ərzaq təminatı imkanları ilə seçilir. Əhalinin nisbətən az sıxlığı da üstünlük kimi qiymətləndirilir.
Finlandiya isə mülki müdafiə sistemi, fövqəladə hallara hazırlığı, kənd təsərrüfatı və texnoloji imkanları ilə siyahıya daxil edilib.
Qeyd edək ki, bu siyahı süni intellektin təqdim etdiyi qiymətləndirməyə əsaslanır və hər hansı qlobal fəlakət zamanı həmin ölkələrdə sağ qalmağa zəmanət vermir.