Icma.az bildirir, 525.az portalına istinadən.
Noyabrın 17-də dünya fond bazarlarında əsasən mənfi dinamika qeydə alınıb. ABŞ və Avropada bütün əsas indekslər geriləyib, Asiya-Sakit okean regionunda isə eniş üstünlük təşkil edib.
525.az xəbər verir ki, ABŞ-da “Dow Jones” indeksi 848,75 bənd və ya 1,64% azalaraq 50 759,42 bəndə düşüb. “S&P 500” indeksi 76,06 bənd və ya 1,03% geriləyərək 7 340,53 bəndə, “Nasdaq Composite” indeksi isə 181,38 bənd və ya 0,74% azalaraq 24 328,38 bəndə enib.
“NYSE Composite” indeksi 1,45% azalaraq 23 813,10 bənd, Kanadanın “S&P/TSX Composite” indeksi isə 1,14% geriləyərək 35 315,30 bənd təşkil edib.
Avropa fond bazarlarında da bütün əsas indekslər ucuzlaşıb. “Euro Stoxx 50” indeksi 2,15% azalaraq 6 212,11 bəndə, Böyük Britaniyanın “FTSE 100” indeksi isə 1,76% geriləyərək 10 689,87 bəndə düşüb.
Almaniyanın “DAX” indeksi 2,08% azalaraq 26 045,37 bənd, Fransanın “CAC 40” indeksi 1,62% geriləyərək 8 216,78 bənd, İspaniyanın “IBEX 35” indeksi isə 1,61% ucuzlaşaraq 19 625,30 bənd təşkil edib.
Asiya-Sakit okean regionunda da əsasən mənfi dinamika müşahidə olunub. Yaponiyanın “Nikkei 225” indeksi 85,10 bənd və ya 0,14% artaraq 58 945,53 bəndə yüksəlib. “TOPIX” indeksi isə 0,52% azalaraq 3 820,08 bəndə düşüb.
Honq-Konqun “Hang Seng” indeksi 1,07% azalaraq 23 256,27 bəndə, Çinin “CSI 300” indeksi isə 0,49% geriləyərək 3 957,03 bəndə enib.
Avstraliyanın “S&P/ASX 200” indeksi 0,57% azalaraq 8 832,40 bənd təşkil edib. Regionun ümumi “MSCI AC Asia Pacific” indeksi isə 1,56% geriləyərək 244,95 bəndə düşüb.