Dünya fond bazarlarının əsas indeks göstəriciləri

13.11.2026

Icma.az, Apa.az portalına istinadən məlumat verir.

Noyabrın 12-də dünya fond bazarlarında qarışıq dinamika qeydə alınıb. ABŞ-da bütün əsas indekslər ucuzlaşıb, Avropada əsasən yüksəliş, Asiya-Sakit okean regionunda isə fərqli istiqamətlərdə dəyişikliklər müşahidə olunub.

“APA-Economics” xəbər verir ki, ABŞ-da “Dow Jones” indeksi 189,40 bənd və ya 0,36% azalaraq 52 297,09 bəndə düşüb. “S&P 500” indeksi 26,98 bənd və ya 0,35% geriləyərək 7 592,40 bəndə, “Nasdaq Composite” indeksi isə 100,10 bənd və ya 0,39% azalaraq 25 366,09 bəndə enib.

“NYSE Composite” indeksi 0,74% azalaraq 24 466,97 bənd, Kanadanın “S&P/TSX Composite” indeksi isə 0,75% geriləyərək 36 137,20 bənd təşkil edib.

Avropa fond bazarlarında əsasən müsbət dinamika qeydə alınıb. “Euro Stoxx 50” indeksi 0,09% artaraq 6 398,98 bəndə, Böyük Britaniyanın “FTSE 100” indeksi 0,25% yüksələrək 10 863,09 bəndə çatıb.

Almaniyanın “DAX” indeksi 0,41% artaraq 26 771,88 bənd, Fransanın “CAC 40” indeksi 0,34% yüksələrək 8 361,36 bənd təşkil edib. İspaniyanın “IBEX 35” indeksi isə 0,31% azalaraq 19 965,50 bəndə düşüb.

Asiya-Sakit okean regionunda qarışıq dinamika müşahidə olunub. Yaponiyanın “Nikkei 225” indeksi 434,14 bənd və ya 0,71% artaraq 61 253,50 bəndə, “TOPIX” indeksi isə 0,19% yüksələrək 3 944,94 bəndə çatıb.

Honq-Konqun “Hang Seng” indeksi 0,95% azalaraq 23 780,58 bəndə, Çinin “CSI 300” indeksi isə 0,05% geriləyərək 4 042,05 bəndə düşüb.

Avstraliyanın “S&P/ASX 200” indeksi 0,62% azalaraq 9 090,00 bənd təşkil edib. Regionun ümumi “MSCI AC Asia Pacific” indeksi isə 0,89% geriləyərək 255,05 bəndə enib.

Analitiklərin qiymətləndirmələrinə görə, ABŞ fond bazarlarında enişə “Nvidia” səhmlərinin ucuzlaşması, süni intellekt sektorundakı qeyri-müəyyənlik və FED-in faiz artımı ilə bağlı gözləntilər təsir göstərib. Avropada isə şirkətlərin müsbət maliyyə nəticələri və enerji qiymətlərinin əvvəlki yüksək səviyyələrdən aşağı olması indekslərin yüksəlişini dəstəkləyib.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью