Icma.az xəbər verir, Xalq qazeti saytına əsaslanaraq.
2026-cı il futbol üzrə Dünya Çempionatı dünən Bakı vaxtı ilə saat 23:00-da start götürdü.
48 komanda iştirak ediyi turnirin Meksikadakı məşhur “Asteka” stadionunda reallaşan açılış matçında “A” qrupunda Meksika və Cənubi Afrika Respublikası (CAR) yığmaları üz-üzə gəlib. Qrupun digər oyunu isə bu gün səhər Cənubi Koreya – Çexiya görüşü ilə davam etdirilib.
Bu axşam futbolsevərlər daha bir oyunu izləyə biləcəklər. Saat 23:00-da “B” qrupunda Kanada və Bosniya Hersoqovina komandaları qarşılaşacaq.
Qabil YUSİFOĞLU
XQ